Paşinyan Azərbaycanın Kollektiv Təhlükəsizlik üçün "təhlükəsindən" danışıb

Baxış sayı:
6253

Ermənistanın baş naziri Paşinyan Kollektivv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitindəQarabağ münaqişəsindən söz açıb və bildirib ki, Azərbaycan rəhbərliyinin hazırda tutduğu mövqe təkcə Cənubi Qafqaz üçün yox, bütünlükdə KTMT ölkələri üçün təhlükəlidir.
Muxalifet.az
bu barədə "Azadlıq" radiosuna istinadla xəbər verir.   
 
Rusiyanın təşəbbüsü ilə yaradılmış bu təşkilata Ermənistandan başqa Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Təşkilatın noyabrın 28-də keçirilən zirvə görüşündə Paşinyan deyib:
"Düşünürəm ki, yeni eskalasiya təkcə Cənubi Qafqaz regionu üçün deyil, hətta onun xaricində də fəlakətli nəticələrə gətirib çıxara bilər. Müharibə şəraitində olan Azəbaycan Suriyada öz təsirini itirib yeni fəaliyyət meydanı axtaran İslam ekstremistləri üçün əlverişli tramplinə çevrilə bilər. Bu halda Azərbaycanın ərazisi ekstremistlərin öz fəaliyətlərini cənub, şimal, qərb və şərq istiqamətində yaymaları üçün əlverişli coğrafi platforma rolunu oynaya bilər".
"Azadlıq" radiosu erməni xidmətinin yazdıına görə Paşinyan bunu da deyib ki, onun fikrincə "KTMT Dağlıq Qarabağ ətrafında hər hansı yeni eskalasiyanın qarşısını almaq üçün bütün imkanlara malikdir". O, bildirib ki, məhz belə bir yeni eskalasiyanın yaranmaması naminə KTMT ölkələri Azərbaycanın yeni silahlar almaq üçün bütün müraciətlərini cavabsız qoymalıdırlar. 
Paşinyan ad çəkməsə də Azərbaycanın Rusiya və Belorusiyadan silah aldığı məlumdur. Həmçinin, xəbər verilir ki, Rusiya prezidenti Putin Ermənistanın keçmiş pezidenti, hazırda həbsdə olan Robert Koçaryanla hələ də yaxşı münasibətlərinin olması İrəvanın Moskva ilə münasibətlərində müəyən sərinlik yaradıb. Lakin prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, "Moskva və İrəvan arasında məsələlər həll edilir".
P.S. Dəfələrlə mediada Ermənistanın Dağlıq Qarabağda PKK terrorçularını yerləşdirməsi və buranı terrorçular üçün münbit şəraiti olan məkana çevirməsi haqda məlumatlar yayılıb. Onun nəzərinə çatdırmaq lazımdır ki, Qarabağda nəzarətin olmamasından istifadə edərək hansı qaranlıq işlərlə məşğul olması gizli deyil.  
Muxalifet.az