Paşinyan Azərbaycanı HƏDƏLƏDİ: "Qaçışınız olmayacaq..."

Baxış sayı:
22876

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri və Vladimir Putinlə danışıqları ərəfəsində səs-küylü siyasi bəyanatla çıxış edib.
Bu barədə erməni KİV-i məlumat yayıb.
"Ermənistan respublikası və erməni xalqı güclü əks-zərbə vurmağa hazır olmalıdır və heç kim Qarabağ münaqişəsinin nizama salınması məsələsində bizimlə təhdid, məcburetmə və güc dilində danışa bilməz", - deyə o, "Zinuj" proqramına eksklüziv müsahibəsində bildirib.
Nikol Paşinyan müsahibəsində Ermənistan silahlı qüvvələrinin döyüş bacarığı və maddi-texniki təminatı, Qarabağ münaqişəsinin nizama salınmasının mexanizm və imkanları, Ermənistan-Rusiya münasibətləri və KTMT-nın fəaliyyəti məsələlərinə toxunub.
Xatırladaq ki, bu gün Ermənistanın baş naziri rəsmi səfərlə Rusiyaya yola düşür. Orada onun Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqları planlaşdırılıb. (Virtualaz)