Paşinyan asma körpüdə “Köçəri” rəqsini oynadı və Qarabağ çağırışı etdi – VİDEO

Baxış sayı:
15139

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın qədim torpağı olan Dərələyəzdə (ermənilər bura Sünik vilayəti deyirlər) asma körpünün üstünə çıxaraq, “Köçəri” rəqsini oynayıb. Rəqs zamanı Paşinyanı müdafiə naziri David Tonoyan və milli təhlükəsizlik naziri Artur Vanetsyan müşahidə edib. Ermənistan mediası Paşinyanın rəqsinin “Sparapet günü” bayramı ilə əlaqədar olduğunu yazıb. Ermənilər iddia edirlər ki, bu bayram XVII əsrdə İrana qarşı “milli azadlıq hərəkatı”dır. Paşinyan rəqs edərək, tərəfdarlarını Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə çağırıb. Ermənistanın baş naziri Xankəndidə mitinq keçirməyi planlaşdırır./Publika