​“Paşinyan artıq başını itirib...”- YAP-dan AÇIQLAMA

Baxış sayı:
8689

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə Ermənistan parlamentinin Azərbaycana müharibə elan edilməsi barədə qərarına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, A.Mirzəzadə  ölkə.az-a açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq başını itirib:
"Heç bir idarəçilik qabiliyyətinə və Ermənistanın problemlərinin həlli ilə bağlı hər hansı təcrübə sahib olmayan Nikol Paşinyan əlinə hakimiyyət tam keçdikdən sonra həmin problemlər qarşısında çaşqın vəziyyətdə qalıb. Qarşıdan Ermənistanda parlament seçkiləri gəlir və cəmiyyət ondan fəaliyyətinin nəticəsini soruşacaq. Ortada isə heç bir nəticə yoxdur". 
YAP rəsmisi qeyd edib ki, Nikol Paşinyanın keçmiş Ermənistan rəhbərlərini həbs etməkdən başqa öyünəcəyi fəaliyyəti mövcud deyil: