Paşinyan ABŞ laboratoriyalarını Moskvaya “satdı”

Baxış sayı:
2983

Rusiyalı mütəxəssislər Ermənistan ərazisində yerləşən biomaterialları tədqiq edən ABŞ laboratoriyalarına giriş imkanı qazanıblar.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Təxminən 10-15 gün əvvəl mənim şəxsi tapşırığım əsasında Rusiya mütəxəssisləri bu laboratoriyalara buraxılıblar. Onların bura girişlə bağlı problemləri olmayıb və mənim baş nazirliyim dönəmimdə də olmayacaq. Bu laboratoriyalar tam olaraq Ermənistan hakimiyyətinin nəzarətindədir”, - o bildirib.