Partlayışda xəsarət alanların sayı 89 nəfərə çatdı

Baxış sayı:
7918

Rusiyanın Dzerjinsk şəhərində trotil istehsalı üzrə zavodda partlayış baş verib.
 
RİA “Novosti” xəbər verir ki, partlayışdan sonra zavodda yanğın başlayıb, hadisə yerinə çox sayda yanğınsöndürənlər briqadası cəlb edilib.
 
Bildirilir ki, partlayışdan sonra tibbi yardım üçün 89 nəfər müraciət edib. Onlardan 44-ü zavodun əməkdaşı, 45-i isə ətraf ərazilərdə yaşayan sakinlərdir.
 
Qeyd edilir ki, xəsarət alanlardan 28-i xəstəxanalara təcili tibbi yardım avtomobilləri ilə çatdırılıb, 61-i isə özü müraciət edib.
 
Məlumata əsasən, hazırda xəstəxanada 16 xəsarət alan qalır, onlardan 1-nin vəziyyəti ağırdır.