Parlamentdə yeni qanun - Təcazvüzə uğrayan qadınlarla bağlı

Baxış sayı:
2284

Rusiya qadın təcavüzü və cinayətlərinin ən yüksək səviyyədə olduğu ölkələrdən biridir. Bu səbəbdən ölkədə cinsi istismara məruz qalan qadınlarla bağlı yeni qərar qəbul edilib.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, parlament tərəfindən yaradılan komissiyanın hazırladığı qanun qəbul edilərək rəsmi olaraq qüvvəyə minib.

Belə ki, cinsi təcavüzə uğrayan qadın ona hücum edən şəxsi yaralayar və ya öldürərsə cəza almayacaq.

Statistikaya görə, Rusiyada hər il 14 min qadın kişilər tərəfindən öldürülür. Eynilə, hər il 2000 uşaq öldürülür. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün cinayətlərin 40 faizi evdə, 93 faizi qadınlara qarşı törədilib.