​Parlamentdə qalmaqal: PAŞİNYAN FƏRARİ ÇIXDI

Baxış sayı:
7747

Paşinyanın Ermənistan parlamentində çıxışı zamanı hərbi xidmət məsələsinə toxunması maraqlı anların yaşanmasına səbəb olub.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, hakim partiyadan olan deputat Cemma Baqdasaryan Paşinyana müraciət edərək, “Siz orduda xidmət etməyən məmurların orduda xidmətini tələb etdiniz, bəs özünüz orduda xidmətə hazırsınızmı?” sualını verib. Paşinyan isə cavabında xidmət edənlərin hamısının orduya çağırılması ilə bağlı heç bir tələb irəli sürmədiyini deyib.
“Yelk fraksiyasında da, sizdə də insanlar var ki, xidmət keçməyiblər. Biz 2016-cı ilin aprelində könüllü bölmələr yaratdıq və təmas xəttində səngərlər qazdıq. Deputat statusum mənə bu bölməyə qatılmağa mane olmadı”, - Paşinyan deyib.