​Parlament seçkiləri nə vaxt olacaq? - Əli Əhmədov açıqladı

Baxış sayı:
5587

"Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm”. Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, bunu YAP sədrinin müavini, Baş Nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: "Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur”. Ə.Əhmədov bildirib ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildənbir noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.