Parlament sədri Trampın planını zibil qutusuna atdı - “ONUN YERİ ORADIR”

Baxış sayı:
2575

Küveyt parlamentinin sədri Mərzuq Əli əl-Qanim İsrail-Fələstin münaqişəsinin həlli üçün ABŞ-ın təqdim etdiyi “Əsrin müqaviləsi” planının "ölü doğulduğunu" bildirərək, sənədi zibil qutusuna atıb.

Bu barədə “Sputnik” məlumat yayıb.

Məlumata görə, parlament sədri Fələstin dövlətində sülhün təmin edilməsi üçün ədalətli dialoq aparılmasını təklif edib: “Bu plan "ölü"dür. Min hökumət də gəlsə, sövdələşmə edə bilmərik. Problemi sülh yolu ilə həll etmək istəyənlər Fələstin torpaqlarında ədalətli danışıq mühiti yaratmalıdırlar. Ərəb və müsəlman xalqlarının adından "Əsrin müqaviləsi" adlandırılan bu sənəd və kağızların yeri isə tarixin zibilliyidir".