Parkinqə verdiyimiz pullar hara gedir?

Baxış sayı:
7773

“Masterclass Azerbaijan” layihəsinin rəhbəri, radio aparıcısı Raqif Raufoğlu paytaxtın Ənvər Qasımzadə küçəsində maraqlı bir eksperiment həyata keçirib.
“Qafqazinfo”  xəbər verir ki, o, sözügedən küçədə parklanma işarəsi olduğu halda, bir saat ərzində əraziyə “parkovşik” kimi nəzarət verib və yığılan pulların hara getməsini araşdırıb. Maraqlıdır ki, aparıcının orada olduğu müddətdə kimsə ona yaxınlaşaraq küçədə nə etdiyini soruşmayıb. Beləliklə, bununla da aparıcı qanuni parklanma işarəsi olduğu halda “parkovşik” lərə nəzarət edilmədiyini və sürücülərin də onlara pul verən zaman kim olduqlarını soruşmaması qənaətinə gəlib. 
“Ortalama gün ərzində ərazidən 30 manat qazanmaq olar. Ancaq biz günün pik saatı olmadığından yalnız bir saat vəziyyəti müşahidə etdik. Bu zaman ərzində də sürücülərdən biri kim olduğumu soruşmadan mənə 1 manat pul verdi”-deyə R. Raufoğlu bildirib.