​“Park Bulvar”da 14 yaşlı QIZ İTKİN DÜŞDÜ

Baxış sayı:
9163

Bakıda 14 yaşlı qız itkin düşüb.
Hadisə Səbail rayonunda yerləşən “Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.
2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.
İtmiş qızın axtarışları davam etdirilir. (report)