Parisdə “Sarı jiletlilər"in yürüşü başladı: Xalqla polis üz-üzə - CANLI YAYIM

Baxış sayı:
4612

Fransada yanacaq artımına etiraz edən "Sarı Jiletlilər" hərəkatı bu gün ən böyük aksiyalarını həyata keçirəcək. Xaosdan qorxaraq Fransız hökuməti 89 min polisi küçələrə çıxarıb.
 
"Sarı Jiletlilər"in etirazları davam edir. Yarım milyondan çox adam küçələrə tökülən “Sarı Jiletlilərə”ə dəstək verir. Məlumdur ki, "inqilab" etmək istəyən iddialı fəallar Fransa prezidenti Emmanuel Makronun istefasını istəyirlər. Nümayişlər dördüncü həftəsibə girib və bu günə həsr edilən tədbirlər sosial mediada “dördüncü pərdə” kimi dəyərləndirilib. Bu gün ölkədə 89 min polis küçələrdə təhlükəsizliyi qoruyacaq. Parisdə Eyfel qülləsi və mağazalar bağlanacaq.
Fransız polisi bu gün ən böyük aksiyalarını keçirəcək olan “Sarı Jiletlilər”ə qarşı hərəkətə keçib. Səhər saatlarında 30-dan çox aktivist nəzarətə alınıb. Tutulanların ümumi sayı 287 olaraq bildirilib.
 
Yürüş başladı
 
Aktivistlər marşlar söyləyərək Yelisey meydanına doğru hərəkətə başlayıblar.

Müxalifət.az