​Parisdə həbsxanada QİYAM - 123 məhbus kameralara qayıtmaq istəmir

Baxış sayı:
789

Paris yaxınlığındakı Flöri-Meroji həbsxanasında 123 məhbus kameralara qayıtmaqdan imtina edib.
Trend-in məlumatına görə, hadisə yerinə təhlükəsizlik qüvvələri və polis cəlb edilib.
Eyni zamanda, həbsxana rəhbərliyi hadisənin zorakılıqla müşayiət olunmadığını bildirir.
Qeyd edək ki, ötən həftənin sonlarından etibarən Fransada həbsxana nəzarətçiləri təhlükəsizlik tədbirlərinin kifayət qədər olmamasından şikayət edərək aksiyalar keçirirlər. Bir neçə gün əvvəl həbsxanaların birində 50-yə yaxın nəzarətçi işə çıxmaqdan imtina etmişdi.