​Parisdə etirazçılar bankları dağıdıblar

Fransa prezidenti Emmanuel Makronun islahatlarına qarşı çıxan etiraz aksiyasının iştirakçıları Parisdə bankları dağıtmağa başlayıblar.
Muxalifet.az-ın Reuters-ə istinadən məlumatına görə, yürüş Respublika meydanından yerli vaxtla saat 14:00-da başlayıb. Etirazçılar yürüş zamanı bankların və maliyyə qurumlarının vitrinlərini dağıdıblar. Onlar daş və şüşələrdən istifadə ediblər.
İnsident zamanı bank işçiləri təşvişə düşüblər.  Hadisə yerinə polis qüvvələri cəlb olunub.