Paris məhkəməsi Azərbaycanın fransız jurnalistlərə qarşı iddiasını qəbul etməyib

Fransa məhkəməsi Azərbaycan dövlətinin France-2 telekanalının ölkədəki rejimi "diktatura" adlandıran iki jurnalistinə qarşı iddiasına mahiyyəti üzrə baxmaqdan imtina edib.
 
İddia verilməsinə səbəb 2015-ci il sentyabrın 7-də efirə çıxan Fransanın eks-prezidenti Fransua Ollandın səfərlərinin pərdə arxası və Fransa siyasətçilərinin Azərbaycan və Qazaxıstan hakimiyyətləri ilə əlaqələri haqqında veriliş olub.
Verilişdə Azərbaycan hakimiyyəti "dünyanın ən sərt diktaturalarından biri" kimi təqdim edilib. Sentyabrda iddia üzrə hazırlıq iclası keçirilib. Bu gün isə Paris məhkəməsi iddianın qəbuledilməz olduğunu bəyan edib.