Paris küçələri yenə qarışdı!

Baxış sayı:
4843

Fransada yanacaq qiymətlərinin artrmasından sonra başlayan “Sarı jiletlər” aksiyası bu gün də Parisin “Champs-Elysees” küçəsində davam edib. Ölkədə "Sarı jiletlər" adı altında təşkilatlanan nümayişçilər, son 1 ildə mühərrik yanacaqlarının 20 faizdən çox artmasından sonra təxminən 10 gündür ki, ölkə daxilində mitinqlər keçirir. Bir müddət daha davam etməsi gözlənilən aksiyalarda bu ana qədər Parisin məşhur küçələrindəki bir çox iş yeri ziyan görüb, ölkə daxilində çox sayda yanacaqdoldurma anbarının giriş və çıxışları tutulub. Müxalifət.az