Paralimpiya cüdo komandamız Avropa çempionatında 7 medal qazanıb

Milli Paralimpiya Komitəsinin (MPK) cüdo idman növü üzrə komandasının üzvləri İngiltərənin Valsall şəhərində keçirilən Avropa çempionatında öz görüşlərini yekunlaşdırdılar.
 
 MPK-dan verilən xəbərə görə, komandanın bütün üzvləri  görüşlərini uğurla yekunlaşdırıblar. 
 Millimiz ümumi 4 qızıl (İlham Zəkiyev, Rövşən Səfərov, Vəliyeva Sevda və Hüseynova Xanım) 1 gümüş (Bayram Mustafayev) və 2 bürünc medal (Ramil Qasımov, Hüseyn Rəhimli və  Bayram Mustafayev) qazanıblar.