​Papua-Yeni Qvineyada zəlzələ - 6 bal

Baxış sayı:
1555

Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 14.34 radələrində baş verən zəlzələnin ocağı Porqera şəhərindən 83 km cənub-qərbdə, 16 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.