​Papua-Yeni Qvineyada növbəti güclü zəlzələ

Baxış sayı:
3085

Bu gün Papua-Yeni Qvineya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 21:23-də qeydə alınan zəlzələnin episentri Yeni Britaniya adasından bir kilometr cənub-şərqdə, ocağı 60 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
Qeyd edək ki, bu, mart ayında Papua-Yeni Qvineyada 3-cü güclü zəlzələdir. Belə ki, 4 martda 6, 8 martda isə 7 ballıq zəlzələ qeydə alınıb.