Papadan qəribə etiraf: “Dua edəndə yuxu tutur” - VİDEO

Katoliklərin ruhani lideri Papa Frensis Yutub üzərindən yayım edən bir kanala müsahibəsində maraqlı etiraflar edib.
Muxalifət.az xəbər verir ki, Papa dua edərkən yatdığını deyib.
O, bu vəziyyətin 19-cu əsrdə yaşayan Tereza Anada da olduğunu vurğulayıb.
Papa dua edərkən yuxulamağın insanın Tanrını məmnun etdiyi anlamına gəldiyini bildirib. O, bir xristian üçün Tanrı hüzurunda yatmağı bir uşağın atasının qollarında yatmağına bənzədib.
İddialara görə, Papa Frensis hər gün axşam saat 21:00-da yatır və səhər 04:00-da oyanır./publika.az/