Papadan İsrailin TÖRƏTDİYİ QƏTLİAMLA BAĞLI AÇIQLAMA

Baxış sayı:
6949

Papa Franciscus, İsrailin Qəzzada törətdiyi qətliama dair "Ölüm və yaralanmalara görə, böyük kədər duyuram. Dualarımla bütün əzab çəkənlərin yanındayam. Zorakılığın heç vaxt sülhə gətirməyəcəyini bir daha təkrar edirəm" deyib.
 
Vatikanın rəsmi xəbər saytı “Vatican News”-da dərc olunan xəbərə görə, Papa Franciscus, bugünkü müraciətində müqəddəs torpaqlardakı zorakılığın sona çatması və dialoqun başlamasına çağırıb.
Papa, İsrailin Qəzzadakı soyqırımına dair, "Yaxın Şərqdə və müqəddəs torpaqlarda gərginliyin artmasından, sülh, dialoq və danışıqlar yolundan getdikcə daha da uzaqlaşdıran zorakılıqdan olduqca narahatam. Ölüm və yaralanmalardan görə, böyük kədər duyuram. Dualarımla bütün əzab çəkənlərin yanındayam. Zorakılığın heç vaxt sülhə gətirməyəcəyini bir daha təkrar edirəm" deyə, bildirib.
Müharibənin müharibəyə, zorakılığın da zorakılığa yol açdığını vurğulayan Papa, "Bütün tərəfləri və beynəlxalq ictimaiyyəti, dialoq, ədalət və sülhün üstün gəlməsi üçün öhdəliklərini yerinə yetirməyə dəvət edirəm" deyib.
Qeyd edək ki, İsrail əsgərlərinin ABŞ-ın Təl-Əviv səfirliyinin Qüdsə köçürməsinə etiraz etmək və Nekbenin (Böyük Fəlakət) 70-ci ildönümünü anmaq istəyən nümayişçilərə atəş açması nəticəsində 62 Fələstinli şəhid olmuş, 3 min adam yaralanmışdı.
Müxalifət.az