​Papa “Lamborgini”sini satır – İRAQA GÖRƏ

Baxış sayı:
5581

Roma Papası Fransisk özünün “Lamborghini Huracan” avtomobilini satmaq qərarı verib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Esquire” nəşri yazıb.
Saatda 320 kilometr sürətlə hərəkət edə bilən avtomobili Roma Papası hərracda satmaq niyyətindədir. Əldə olunan vəsaitin böyük bir hissəsinin İraqın Neynəva şəhərinə yardım üçün sərf olunacağı qeyd edilir. Avtomobilin dəyəri 303-425 min dollar arası qiymətləndirilir.
Xatırladaq ki, Roma Papası Fransiskə qızılla bəzədilmiş avtomobil 2017-ci ildə hədiyyə edilib.