Pandemiya dövründə milyarderlərin sərvəti daha da artıb - SİYAHI

Baxış sayı:
1321

2020-ci ildə koronavirus pandemiyasına və onun doğurduğu fəsadlara baxmayaraq, dünyanın ən zəngin sakinləri daha da varlanıblar.

Bu bardə "Forbes" xəbər verir.

Bildirilir ki, 11 dekabr tarixinə olan vəziyyətə görə dünyanın 2 200 ən zəngin sakininin məcmu varidatı ötən ilin müvafiq dövrünə nisbətən 1,9 trilyon ABŞ dolları (20 faiz) artaraq 11,4 trilyon ABŞ dollarına çatıb.

Nəşrin hesablamalarına görə, o cümlədən 400 çinli milyarderin məcmu varidatı 750 milyard ABŞ dolları (60 faiz) artaraq, 2 trilyon ABŞ dollarına çatıb. Qeyd edilir ki, 600 amerikalı milyarder 560 milyard ABŞ dolları varlanaraq, 4 trilyon ABŞ dolları, 40 fransalı zəngin isə 95 milyard ABŞ dolları varlanaraq, 500 milyard ABŞ dollarına sahib olublar.

***
Ümumlikdə isə, Koronavirus (COVID-19) pandemiyasının davam etdiyi 18 Mart - 7 dekabr tarixləri arasında ABŞ-ın 651 milyarderinin sərvəti 1,064 trilyon ABŞ dolları və yaxud 36,1 % artaraq 4,011 trilyon ABŞ dolları təşkil edib.

Məlumata görə, sözügedən dövrdə ABŞ-ın ən zəngin insanı, “Amazon” şirkətinin sahibi Cef Bezosun sərvəti 71,4 milyard ABŞ dolları və yaxud 63,2 % artaraq 184,4 milyard ABŞ dollarına çatıb. Növbəti pillədə qərarlaşmış “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Musk isə sərvətini 118,5 milyard ABŞ dolları və yaxud 5,8 dəfə artıraraq 143,1 milyard ABŞ dollarına, “Microsoft” şirkətinin sahibi Bil Qeyts isə sərvətini 20,7 milyard ABŞ dolları və yaxud 21,1 % artıraraq 118,7 milyard ABŞ dollarına çatdırıb.

Beləliklə, ilk 10-luğa daxil olan zənginlərin pandemiya dövründəki sərvəti aşağıdakı kimi dəyişib:

Milyarderin adı

Milyarderin sərvəti (ABŞ dolları ilə, 18 mart)

Milyarderin sərvəti (ABŞ dolları ilə, 7 dekabr)

Milyarderin sərvətinin dəyişməsi (ABŞ dolları ilə)

Milyarderin sərvətinin dəyişməsi

Milyarderin

şirkət(lər)i

Jeff Bezos

113,0

184,4

71,4

63,2%

Amazon

Elon Musk

24,6

143,1

118,5

5,8 dəfə

Tesla, SpaceX

Bill Gates

98,0

118,7

20,7

21,1%

Microsoft

Mark Zuckerberg

54,7

104,8

50,1

91,7%

Facebook

Warren Buffett

67,5

86,5

19,0

28,1%

Berkshire Hathaway

Larry Ellison

59,0

82,0

23,0

38,9%;

Oracle

Larry Page

50,9

79,8

28,9

56,9%

Google

Sergey Brin

49,1

77,6

28,5

58,0%

Google

Steve Ballmer

52,7

72,9

20,2

38,4%

Microsoft

Alice Walton

54,4

69,0

14,6

26,8%

Walmart

“Americans for Tax Fairness” vətəndaş cəmiyyətinin direktoru Frank Klemente bildirib ki, yerli milyarderlər ölkədəki hər kəsə 3 min dollar versələr belə, yenə də pandemiyadan əvvəlkindən daha zəngin olacaqlar.

Qeyd edək ki, bu şəxslərin sürətlə zənginləşməsinə beynəlxalq bazarlarda onların şirkətlərinin səhmlərinin qiymətinin sürətlə artması səbəb olub. Belə ki, 18 Mart - 7 dekabr-da “Tesla”nın səhmləri 8,9 dəfə, “Facebook”un səhmləri 94,5 %, “Amazon”un səhmləri 72,5 %, “Microsoft”un səhmləri isə 52,8 % bahalaşıb.

Eyni dövrdə ABŞ-ın beynəlxalq birjalarından “Nasdaq”ın dəyəri 80 %, “S&P 500”ün dəyəri isə 54 % artıb.