Pakistanlı nüvə fizikaçısı Mursi haqqında gerçəkləri söylədi: “Misirlilər həqiqəti bilməlidir”

Baxış sayı:
1120

Misirin demokratik yolla seçilmiş ilk dövlət başçısı Məhəmməd Mursinin ölümüylə əlaqədar sirr pərdəsi aralanmağa davam edir. Pakistanlı nüvə fizikaçısı Abdulqadir Xan Mursinin çevrilişdən əvvəl uranla zənginləşdirilmiş bir nüvə stansiyası qurma planının olduğunu qeyd edib. Pakistanda 'atom bombasının atası” olaraq adlandırılan Xan, Mursinin devrilməsində İsrail, ABŞ casuslarının rol oynadığını vurğulayıb.
 
Facebook-dan paylaşdığı mesajda, Xan "Misirin dövlət başçısı Mursi Rusiya, Hindistan və Pakistana getdi. Ancaq bir çox adam elektri enerjisi istehsal edəcək uran ilə zənginləşdirilmiş bir Misir nüvə reaktorunu yenidən işlətməyə yönəlik Ruslarla razılaşdığını bilmir. Eyni zamanda, Misirin üç il sonra eyni məqsəd üçün alacağı bir başqa reaktoru quraşdırmağı da qəbul etdi" deyə bildirib.
 
"MİSİR XALQININ GERÇƏYİ BİLMƏSİ LAZIMDIR"
 
Xan "Misir məsələləri haqqında danışmamaq mənim üçün daha yaxşı olardı, ancaq Misir xalqının dövlət başçısı Mursinin qədərini müəyyən etmək üçün gerçəyi bilməsi lazımdır" deyə söyləyib.
 
AFRİKANIN ELEKTRİK PROBLEMİ HƏLL EDİLƏCƏKDİ
 
Xan "Misirlilər bu səfərin nəticələrinin Qərbə çox qorxuducu gəldiyini bilirmi? Misir ölkədəki elektrik problemini sonsuza qədər həll edəcək və Afrika qitəsini işıqlandıracaq qədər elektrik ixrac etmiş olacaqdı" deyib.
Pakistanlı fizik "Misirlilər dövlət başçısı Mursinin rəhbərliyi əsnasında Misirin iki Alman sualtı gəmisi aldığını bilməlidir. İsrail Misirin doğru raketlərə sahib olduğu təqdirdə, ölkənin bir təyyarə gəmisini vura biləcək sualtı gəmilərə sahib olmasını maneə törətməsi üçün Almaniyaya təzyiq etdi" deyə qeyd edib.
İsrailin baş naziri Benjamin Netanyahu Alman-Misir satışını təsdiqlədiyini, ancaq bunun "dövlət sirləri" olduğu üçün açıqlama edə bilmədiyini qəbul etdikdən sonra mart ayında İsraildə gerçəklər ortaya çıxdı.

Xan ayrıca, Misirlilərin İsrailin geniş müşahidəsinə imkan verəcək bir hərbi peykə sahib olmasının əhəmiyyətini anlamadığını da ifadə edib. Fizik "Mursi bu mövzuda Hindli elm adamları ilə eyni fikirdə idi və 2013-cü ildə çevriliş olmasaydı, Misir bu gün belə bir peykin sahibi olmağa çox yaxınlaşacaqdı" deyib.
Buna əlavə olaraq Xan bir çox adamın dövlət başçısı Mursinin Rusiya prezidenti Vladimir Putinə Misirin raketlərə ehtiyacı olduğunu söylədiyini və Rusiyanın da bunun üçün rəsmi bir razılaşma imzalamağı qəbul etdiyini bilmədiyini söyləyib.
“Middle East Monitor” xəbərində, Xan ayrıca, dövlət başçısı Mursinin Al-Tarraz adındakı Misirli generalı razılaşmanı müzakirə etmək üçün göndərdiyini, ancaq ABŞ-ın ordu üzərindəki təzyiqi səbəbiylə bu səylərin müvəffəqiyyətsizliklə nəticələndiyini qeyd edib.
Müxalifət.az