Pakistanın baş nazirindən bu türk serialı ilə bağlı TƏLƏB: Dövlət televiziyasında - FOTO

Baxış sayı:
4951

Pakistanın Baş naziri İmran Xan Türkiyə istehsalı olan “Diriliş Ertuğrul” serialının yerli dövlət televiziyası PTV-də yayımlanmasını tələb edib. Bu barədə İnformasiya naziri Firdevs Aşık Avan açıqlama verib. Onun sözlərinə görə, serial islam tarixinin gənclərə aşılanmasına müsbət təsir edəcək. Nazirin sözlərinə görə, serialın yayım hüququ artıq alınıb, hazırda tərcüməsi həyata keçirilir.//redaktor.az