​Pakistandan ŞOK ÇAĞIRIŞ: Gözləyirik, hücuma keçin

Baxış sayı:
1891

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qüreyşi cümə axşamı Bəlucistanda baş verən teraktla bağlı İrana çağırış edib.
Muxalifet.az xəbər verir ki, Qüreyşi keçirdiyi mətbuat konfransında teraktın məsuliyyətini öz üzərinə götürən Bəlucistan Qurtuluş Cəbhəsi adlı təşkilatın İran torpaqlarında təlim bazaları olduğunu bildirib:
“Bu əraziləri müəyyənləşdirmişik. Pakistan İran torpaqlarındakı terrorçu qruplaşmalara qarşı İranın hərəkətə keçməsini gözləyir”.
Qeyd edək ki, aprelin 18-də Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində silahlı şəxslər magistral yolda bir neçə sərnişin avtobusunu dayandırdıqdan sonra 14 nəfəri öldürüb.