​Pakistanda növbəti terror aktı

Baxış sayı:
1984

Pakistanın Bəlucistan vilayətinin Çaqay bölgəsində terror hadisəsi baş verib.
Muxalifet.az Geo TV kanalına istinadən xəbər verir ki, çinli fəhlələri daşıyan avtobus yaxınlığında baş verən partlayış nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlardan 3-ü hərbçilər, 3-ü isə xarici vətəndaşlardır.
Hazırda partlayış baş verən ərazi silahlı qüvvələr tərəfindən mühasirəyə alınıb.