​Pakistanda kömür mədəni partladı: ölənlər var

Baxış sayı:
3232

Pakistanın Bəlucistan əyalətinin Kvetta dairəsində yerləşən kömür mədənində metan qazı partlayışa səbəb olub.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində 16 mədən işçisi həlak olub. Hökumət rəsmilərindən Cavid Ənvər 9 mədənçinin xilas edildiyini bildirib.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə, ehtiyatsızlıq ucbatından hər il Pakistanda kömür mədənlərində baş verən qəzalar nəticəsində 200-dək insan həlak olur.