Pakistanda 73 nəfərin ölüm səbəbi AÇIQLANDI

Baxış sayı:
4733

73 nəfərin ölümü ilə nəticələnən qatardakı yanğın qaz balonunun partlaması nəticəsində baş verib.

Bunu Pakistanın dəmir yolu operatoru tərəfindən aparılan araşdırmanın nəticələri göstərir. "Yanğının bəzi ekonom sinif sərnişinlərinin səhər yeməyi verməyə başladıqdan sonra meydana gəldiyi məlum oldu" deyə Pakistan Dəmir Yolları-nın icraçı direktoru Ajaz Ahmad Buriro bildirib. "Hadisə ilə bağlı ilkin hesabat şənbə günü çıxıb, istintaqın nəticələri noyabrın 20-dək hazırlanacaq" deyə Buriro əlavə edib.

Trend xatırladır ki, oktyabrın 31-də Qaraçi şəhərindən Ravalpindi şəhərinə gedən qatarda qaz silindrinin partlaması nəticəsində yanğın baş verib. İlkin məlumatlara görə, 73 nəfərdən çox insan ölüb, 40-dan çox adam isə yaralanıb.