Pakistan və Hindistan arasında qarşıdurma! - ÖLƏN VƏ YARALANANLAR VAR

Baxış sayı:
13996

Hindistan və Pakistan ordusu arasında Kəşmirdəki nəzarət postunda döyüş baş verib. Nəticədə 4 Pakistanlı və 3 Hindistanlı həyatını itirib, iki Pakistanlı da yaralanıb.
 
Pakistan ordusunun sözçüsü mətbuata məlumat verərək Hindistan əsgərlərinin Nakiyal, Tattapani və Jandrot bölgələrində ağır silahlarla vətəndaşları hədəf aldığını bildirib.
Açıqlamada, 2 Pakistanlı əsgər və 2 mülki şəxsin həyatını itirdiyi, 2 mülki şəxsin yaralandığı, çox sayda evə ziyan dəydiyi bildirilib.
Hindistan rəsmiləri Pakistanın açdığı atəş nəticəsində üç mülki şəxsin həyatını itirdiyini bildirib.
Müxalifət.az