​Pakistan Senatının sədri Azərbaycana gəlir

Baxış sayı:
5347

Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycana səfər edəcək.
Muxalifet.az-ın məlumatına görə, o, sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Dörd gün davam edəcək rəsmi səfərdə M.S.Səncari ilə yanaşı Pakistan Senatının daha 3 üzvü iştirak edəcək. Səfər zamanı Senat sədri Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşəcək.
Qeyd edək ki, tədbirə 150 ölkədən nümayəndə heyətləri qatılacaq.