Pakistan prezidentinin xanımı Bakıda gəzintidə - FOTO

Baxış sayı:
7617

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən Pakistan Prezidenti Arif Alvinin xanımı Samina Alvi oktyabrın 26-da Bakı şəhərinin görməli yerləri ilə tanış olub.

Publika.az xəbər verir ki, tanışlıq Dənizkənarı Milli Parkdan başlayıb. Pakistanın birinci xanımına Bakı Bulvarı haqqında məlumat verilib.

Sonra tanışlıq Yusif Səfərov küçəsi ilə davam edib. Burada qonaq Müasir İncəsənət Muzeyi ilə tanış olub.

Şəhər gəzintisi zamanı Samina Alvi Heydər Əliyev Mərkəzi, Muzey Mərkəzi, Alov Qüllələri kompleksi, eləcə də Şəhidlər xiyabanının tarixi barədə məlumatlandırılıb.

Bakı şəhəri ilə tanışlıq qonaqda zəngin təəssürat yaradıb.