Pakistan koronavirusdan ilk ölüm halını təsdiq edib

Baxış sayı:
2671

Pakistanın Səhiyyə Naziri çərşənbə günü Twitter səhifəsində koronavirusdan ilk ölüm hadisəsini təsdiqləyib. Ölkədə virusa yoluxmuş xəstələrin ümumi sayı 260-a çatıb.
Ölüm hadisəsinin ölkənin şimali-qərbindəki Xeybər Paxtunxva bölgəsində olduğu bildirilib. Burada indiyə qədər koronavirusa 19 yoluxma halı təsdiq edilib.
“İlk pakistanlının koronavirus səbəbi ilə öldüyünü dərin təəssüf hissi ilə təsdiq edirəm. Mərdan şəhərindən olan 50 yaşlı kişi bu yaxınlarda Səudiyyə Ərəbistanından qayıdıb. Onda qızdırma və öskürək, nəfəsalma çətinliyi olub və COVID-19 aşkar edilib" - deyə, ölkənin səhiyyə naziri Zəfər Mirzə çərşənbə günü bildirib.
Muxalifet.az