​Pakistan hökumətidən sensasion hərəkət –ABŞ-ın hərbi attaşesinin ölkəni tərk etməsinə qadağa qoyuldu

Baxış sayı:
3404

Pakistan Daxili İşlər Nazirliyi ABŞ-ın ölkədəki hərbi attaşesinin adını “qara siyahı”ya – ölkəni tərk etməyin qadağan edildiyi insanlar siyahısına salıb.
 
TASS xəbər verir ki, insan ölümü ilə nəticələnən yol-hərəkət qaydalarının pozulmasında ittiham olunan diplomatın adı ölən gəncin atasının vəsatəti əsasında İslamabad Ali Məhkəməsinin DİN-ə ünvanlanan tələbi ilə “qara siyahı”ya salınıb.
Pakistanın baş prokurorunun müavini, general Raca Xalid Mehmud bildirib ki, attaşenin adı siyahıda olsa da, Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, o, həbs edilə bilməz. Onun sözlərinə görə, ya diplomat vətənində məhkəmə qarşısına çıxa bilər, ya da onun toxunulmazlıq hüququnu geri götürə bilər və bundan sonra hərbi attaşe Pakistanda məhkəmə qarşısına çıxar.
Xatırladaq ki, aprelin 7-də İslamabadda ABŞ-ın Pakistandakı səfirliyinin hərbi attaşesinin idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil motosikletə çırpılıb. Nəticədə motosikletin sürücüsü Atik Bəkir hadisə yerində ölüb, onun yanında əyləşən əmisi oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb/Report.