Pakistan-Hindistan münasibətlərində gərginliyi artıracaq qərar

Baxış sayı:
6220

 Hindistan Silahlı Qüvvələrinin rəsmiləri Pakistandakı "terror düşərgələrini" hədəf almağa davam edəcəklərini bildirib.
 
Yeni Dehlidə ordu rəsmiləri tərəfindən keçirilən mətbuat konfransında, general Surendra Singh Behal mübarizənin "terrora" qarşı olduğunu bildirərək Pakistandakı "terror təşkilatı hədəflərini" məhv etməyə hazır olduqlarını deyib.
Hindistan Hərbi Hava Qüvvələrinin sözçüsü general mayor RGK Kapur Hind hərbi obyektlərini bombalamaq məqsədilə F-16-ların istifadə edildiyinə dair sübutlar olduğunu irəli sürərək regionda Pakistan təyyarələrinə aid raket parçalarını tapdıqlarını söyləyib.
RGK Kapur Hindistan hava sahəsinə girən Pakistana məxsus qırıcını vuraraq saldıqlarını bir daha təkrarlayıb.
Qeyd edək ki, Pakistan Hava Qüvvələri də Hindistana məxsus 2 döyüş təyyarəsini vuraraq salmış, pilotları isə əsil götürmüşdü.
Müxalifət.az