Pakistan 360 hindistanlını azad edəcək

Baxış sayı:
8176

Pakistan apreldə 360 Hinistan vətəndaşını azad etmək niyyətindədir. Məhkumların çoxu balıqçılardır və onlar Pakistanın ərazi sularında qanunsuz balıq ovu səbəbindən həbs olunublar.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysal məlumat verib.

"Biz humanist siyasətimizi göstəririk, həmçinin qarşı tərəfin də adekvat addım atmasına ümid edirik"- deyə Feysal bildirib.

Qeyd edək ki, Hindistanlı vətəndaşlar 8-29 aprel tarixlərində bir neçə qrup şəklində azad ediləcəklər.