​AŞ PA-nın müvəqqəti sədri məlum oldu

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) sədr Pedro Aqramuntun istefasını təsdiq edib.
Trend-in məlumatına görə, AŞ PA-nın sədr müavini Rocer Qeyl müvəqqəti olaraq sədr vəzifəsini icra edəcək.
Qeyd edək ki, P.Aqramunt bu gün istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, P.Aqramunt ətrafında qalmaqal Avropa Şurası Parlament Assambleyasının aprel sessiyası zamanı parlamentarilərin onu mart ayında Suriyaya səfərinə görə tənqid etməsi ilə başlayıb.