Özünü pis hiss etdiyi üçün xəstəxanaya gəldi, öldü

Baxış sayı:
4645

Gəncədə özünü narahat hiss edərək xəstəxanaya gedən şəxs orada keçinib. "Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının terapiya şöbəsində baş verib. Şəhər sakini, təxminən 45-50 yaşlarında olan Vüqar adlı şəhər sakini şöbəyə gələrək özünü narahat hiss etdiyini deyib. Anidən halı pisləşən şəxsə tibbi yardım göstərilib, lakin onun həyatını xilas etmək mümükün olmayıb. Faktla bağlı araşdırma aparılır.