Özünü binadan atmaq istədi - YASAMALDA İNTİHARA CƏHD

Baxış sayı:
4293

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.  Nazirlikdən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə daxil olaraq intihara cəhdin qarşısını alıblar.