Özünü binadan atan feministin xəstəxanadan FOTOLARI YAYILDI

Baxış sayı:
2431

Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan intihara cəhd edən Aysel Ələkbərzadənin xəstəxanadan fotoları yayılıb.

Pravda.az-ın xəbərinə görə, fotoları sosial şəbəkədə Nurlan Cəfəri paylaşıb.

Qeyd: 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.
Xatırlatma: A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb. Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.