Özünü beşinci mərtəbədən yerə atdı – BAKIDA İNTİHARA CƏHD

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
Belə ki, metronun 20 Yanvar stansiyası yaxınlığında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanın beşinci mərtəbəsində yaşayan 21 yaşlı Məmmədov Heydər Tariyel oğlu özünü eyvandan yerə atıb.
O, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndirirlər.
H.Məmmədov uzun müddətdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir(report).