Özünü 5-ci mərtəbədən ATDI - SUMQAYITDA

Sumqayıtda intihar hadisəsi baş verib.
 
Hadisə şəhərin 4-cü mikrorayon ev 29/4 ünvnında qeydə alınıb. Belə ki, şəhər sakini Xaqani Kazımov  özünü 5-ci mərtəbənin eyvanından  ataraq intihar edib.  Onun meyiti səhər saatlarında binanın həyətində aşkar edilib.  X. Kazımovun təxminən 45-50 yaşlarında olduğu bildirilir.  İntihar zamanı o evdə tək olub.
Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır