Özünü 42-ci mərtəbədən atan azərbaycanlı oğlan öldü

Baxış sayı:
13282

Oktyabr ayında Türkiyənin Konya şəhərində özünü 42-ci mərtəbədən atan azərbaycanlı xəstəxanada ölüb.

Publika.az xəbər verir ki, 23 yaşlı Tehran Alimov “Kule Site” adlı 42 mərtəbəli plazanın ən hündür nöqtəsindən özünü aşağı ataraq intihar edib.

Hadisə 27 oktyabr tarixində baş verib. Hadisənin şahidləri dərhal olay yerinə polis, təcili tibbi yardım və xilasetmə komandası çağırıb. Polis üzərindən şəxsiyyət vəsiqəsi çıxmayan gəncin şəxsiyyətini müəyyən etmək üçün telefonundan istifadə edib və onun dostlarına zəng vurub. Beləliklə, onun kimliyi haqqında məlumatlar öyrənilib.

Tehran həyatda qalmaq üçün xəstəxanada 37 gün ölümlə mübarizə aparıb. Lakin o, reanimasiyada həyata gözlərini yumub. Gəncin nəşi Azərbaycanda dəfn edilmək üçün ailəsinə təhvil verilib