​“Özümü qızım və oğlumun ölümünə alışdırıram” - Nazirdən ŞOK AÇIQLAMA

“Qəndilə (PKK terror təşkilatının əsas qərargahı, İraqın şimalında yerləşir –red.) gedib oturacağıq. Sərhədin 25 kilometrliyindəki bütün düşərgələri məhv edəcəyik”.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu Türkiyə Böyük Millət Məclisinin plan və büdcə komissiyasında çıxşında deyib.
“Qızımın ətrafından üç dəfə DHKP-C-lilər (“İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” terror təşkilatı - red.) çıxdı. Nəyimi itirsəm belə, bu təşkilat tarixin ən acı dövrünü yaşayacaq. Səhər saatlarında oğlum və qızımın öldürüləcəyini düşünərək evdən çıxıram. Özümü buna alışdırıram”, - türkiyəli nazir bildirib.