​“Özü etməyib, Hacılara elətdirib” - Nazənin həmkarlarını ifşa etdi - VİDEO

Baxış sayı:
4228

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi ifaçı Nazənin olub.
Muxalifet.az
xəbər verir ki, müğənni bəzi həmkarlarını simic adlandırıb:
"Bəzi kişi ifaçıları var ki, çıxıb efirdə etdikləri yardımları danışırlar. Ona normal insan kimi baxmıram. Mən bilirəm ki, heç özü etməyib, Hacılara deyib elətdirib. Öz adına çıxarmağın adı nədir? Kimin nəyi yoxdursa ondan danışır. Toy məclislərinin birindi müğənnilərdən biri yanımda oturmuşdu. Aldıqlarını göstərirdi. Bu vaxt ofisant çay gətirdi. Dedim sən hələ ofisanta 10 manat ver, sonra o şəklini göstərdiklərini alarsan. Vermədi. Yanındakılara dedim ki, baxın bu insan belə adamdır. Pulu qazanmaq və qazandığını xərcləyə bilmək hər adamın işi deyil. Ona ürək lazımdır. Pulu hər kəs sevir. Mən də sevirəm. Ama xərcləmək üçün sevirəm". //azxeber.com