​Özgü Namal bizneslə məşğul olacaq: Uzunqulaq südündən pendir

Baxış sayı:
3772

Məşhur aktrisa Özgü Namal şəhər həyatının səs-küyündən qaçan ulduzlardandır.
Aktrisa dünyanın ən bahalı pendirlərindən olan “Pule”ni istehsal etmək üçün Balkan uzunqulaqları alıb.
Aktrisa əri Sərdar Oral ilə birlikdə Muğlada ferma alıb və ora köçüb. Özgü uzunqulaq südündən hazırlanan və çox bahalı olan pendiri istehsal etmək üçün hərəkətə keçib.
İki övladı olan cütlük meşəlik ərazidəki fermada yaşayır. Artıq lazım olan uzunqulaqlar alınıb və işə başlanılıb. Pendirin bir kilosu 1000 dollardır. Baha olmasının səbəbi isə eşşək südünün nadir tapılmasıdır.
100 eşşəyin südündən 1 kilo pendir əldə etmək olur. Bir kilo pendir üçün isə 25 litr südə ehtiyac var.