Özbəklər 1-ci mövsümü 20 mln. dollara başa gələcək tarixi serial çəkir...

Baxış sayı:
7441

Azərbaycanın tarixi, eləcə də Qarabağ savaşı mövzusunda serial çəkməyə, yəqin, pulu çatmır...
Ukraynanın "Star Media" film şirkəti Özbəkistanda "Sultan" tarixi televiziya serialının çəkilişlərinə başlamağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, xarici İslam mediasının yaydığı məlumata görə, film şirkətinin baş prodüseri Vladislav Ryaşin yeni televiziya serialının yaradılmasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Özbəkistana gəlib.
Çəkilişlərin Səmərqənd, Buxara və Xivədə baş tutacağı planlaşdırılır.Danışıqlar zamanı televiziya serialının ingilis dilində olacağı və Hollivudun aktyorlarının iştirak edəcəyi qeyd edilib. 
Filmin süjeti XVII əsrdə Özbəkistanda baş verən hadisələr üzərində qurulacaq. Birinci mövsümün büdcəsi 20 milyon dollar olacaq.
P.S. Azərbaycanın hələki tarixi, eləcə də Qarabağ savaşı mövzusunda serial çəkməyə pulu çatmır... Bəlkə də başqa nəyisə çatmır, bilmirik?...