Özbəkistan prezidenti Dəməşqə uçan təyyarəni təcili Bakıya endirdi - “MƏNƏ ZƏNG VURUB DEDİLƏR Kİ, TƏYYARƏNİ QAYTAR, YOXSA ATƏŞ AÇARIQ...”

Baxış sayı:
9969

Suriyada və İraqda qalan Özbəkistan vətəndaşlarının dalınca göndərilən təyyarəyə atəş aça bilərdilər.

Bu haqda Özbəkistan prezidenti Şövkət Mirziyayev Senatın plenar iclasında danışıb.

Xəbər verilir ki, 2019-cu il mayın sonlarında xüsusi reyslə Suriyanın paytaxtı Dəməşqdən Daşkəndə 156 Özbəkistan vətəndaşı, o cümlədən 48 qadın, 106 uşaq və 1 kişi gətirilib. Onlar Yaxın Şərqdə münaqişə zonalarında  radikal dini qruplaşmaların sıralarında döyüşən Özbəkistan vətəndaşlarının ailə üzvləridir.

“Bizim göndərdiyimiz təyyarə geri qaytarıldı. Mənə bu sözlərlə zəng vurdular ki, “Təyyarəni qaytar, yoxsa atəş açacağıq”. Mən tapşırıq verdim, təyyarəni Azərbaycanda endirsinlər”,-Mirziyayev deyib.

Prezident xəbər verib ki, Özbəkistan vətəndaşlarının müvəqqəti yerləşdirildiyi məkana göndərilən 5 avtobusdan ancaq ikisi adamlarla geri dönüb. “Qadınların böyük hissəsini verməyiblər. Bu qadınlar nə üçün gediblər, nə axtarırlar? Səbəbləri nədir? Mən parlamentdən bu mövzuda təkliflər, həmin adamlarla işlə bağlı təkliflər gözləyirdim. Lakin heç kimdən təklif daxil olmadı”-o bildirib./Virtualaz