Özbəkistan hökuməti İslam Kərimovun öldüyünü təsdiqlədi

Özbəkistan hökuməti ölkə prezident İslam Kərimovun vəfat etməsi barədə xəbərləri təsdiqləyib.
Bu barədə Hurriyyet.org Rusiya mətbuatına istinadla xəbər verir.
Məlumata görə, İslam Kərimovun vəfatı ilə bağlı Özbəkistan hökumətinin saytında bildirilib.
Qeyd edək ki, İslam Kərimovun ölümü ilə bağlı ilk məlumatı “Reuters” agentliyi yaymışdı.